"Yuventus"un təcrübəli qapıçısı Voyçex Şesni ərəblərin radarına düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qapıçı Kriştiano Ronaldonun oynadığı "Al Nassr"la prinsipial razılığa gəlib.
Məlumatda müqavilənin müddəti açıqlanmasa da, 34 yaşlı polşalı qolkiper illik 19 milyon avro qazanacaq: ""Yuventus"la daha bir il müqaviləsi olan təcrübəli qapıçı üçün "Əl Nəsr" İtaliya klubuna 4 milyon avro ödəyəcək. Təcrübəli qolkiperin transferinin bir neçə gün ərzində rəsmən elan olunacağı gözlənilir".
Xatırladaq ki, qapçı ötən mövsüm "Yuventus"un heyətində keçirdiyi 37 matçın 15-də qapını "təmiz saxlayıb".
Fərid
MİA.AZ