“Avropa çempionatının başlaması ilə idman oyunlarına pul yatırmaq, qumara meyillənmək düzgün hal deyil. İnsanların özləri bu barədə düşünməlidirlər. Elə məsələlər var ki, onları qanunlarla, maarifləndirməklə, söhbət aparmaqla tənzimləmək, çətinliklləri aradan qaldırmaq mümkün deyil. Bu, bilavasitə insanların şüurundan, dünyagörüşündən, hadisələrin zərərli-zərərsiz olmasının dərk edilməsindən asılıdır. Buna görə də bəzi insanlar “Topaz” kimi mərc, idman oyunlarına müəyyən məbləğdə vəsait qoyurlar. Nəticədə, çətin duruma düşürlər. Faktlar var ki, bu, bir çox hallarda ailə münaqişələrinə səbəb olur, boşanmalara gətirib çıxarır, ailə büdcəsinə ciddi ziyan vurur. Hətta bəzi insanları tamamilə müflisləşdirir, bir çoxlarında həyata, yaşayışa qarşı mənasız ruh düşkünlüyü yaradır”.

Mia.a
z xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

“Hər bir ailədə, məktəbdə, cəmiyyətdə bu barədə dəyərli məsləhətlər verilir. Dönə-dönə təkrar edilir ki, qumar oynamaq, içki içmək, siqaretə meyillilik və bəzi mənfi hallar həm insanın səhhətinə, həm də onun mənəviyyatına, insanlar arasında nüfuzuna ciddi ziyan vuran hallardır. Sözsüz ki, maarifləndirmə tədbirləri görülüb, görülür və görüləcək. Ancaq insan özü öz həyatı, gələcəyi, əməlləri barədə ciddi düşünməli, yollar arayıb- axtarmalıdır. Çünki qumar, içki aludəçiliyi heç bir insana uğur gətirməyib, gətirə də bilməz”, - deputat bildirib.