Yeni mövsümün hazırlıqlarına başlayan "Fənərbağça"da transfer çalışmalarını sürətləndirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Joze Mourinyo klub rəhbərliyinə transferlə bağlı siyahı təqdm edib.
İddiaya görə, məşhur məşqçi Youssef En-Nesryinin adını transfer siyahısının başında yazıb: "O, En-Nesryi üçün "Seviyla"nın qapısını döyməyi məsləhət bilib. Klub rəhbərliyi isə 25 milyon avroluq transfer haqqı olan hücumçu ilə bağlı ilkin təmas yaradıb..."
İspan mətbuatı yazır ki, 27 yaşlı mərakeşli hücumçu Yussef En-Nesryi "Fənərbağça"da forma geyinməyə isti yanaşır: "27 yaşlı futbolçunun komandası ilə 2025-ci ilə qədər müqaviləsi var. Ancaq "Sevilya" onu indidən sataraq gəlir əldə etməyə maraqlı görünür...".
Xatırladaq ki, En-Nesryi ötən mövsüm "Sevilya"nın heyətində 41 oyuna çıxıb. O, bu matçlarda 20 qol vurub, 3 məhsuldar ötürmə edib.
Fərid Aslan
MİA.AZ