Tərtərdə dayı bacısı oğlunu güllələyib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Reyting.az-a bildirilib ki, iyunun 23-də saat 05:00 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb.

Araşdırma aparılır.