Sabirabad rayonunun Xələfli kəndində məktəbli döyülüb.

Bu barədə Mia.az-a kənd sakini Samir Nurullazadə məlumat verib.

O, Mia.az vasitəsilə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova üz tutaraq, 2007-ci il təvəllüdlü oğlu Siyasət Nurullazadənin 05 iyun 2024-cü ildə rayonun Xəlfəli kənd orta məktəbində iki nəfər tərəfindən ölümcül döyüldüyünü bildirib:

"Dərs vaxtı oğlumu təkləyib döyüblər, burnu sındırılıb, bədəninin mücxətlif nahiyələrində hələ də sağalmayan xəsarətlər var. Həmin günü mənə məktəbdən zəng eidb dedilər ki, bəs oğlunun vəziyyəti ağırdır, təcili özünü çatdır. Dərhal DİN-in 102 xidmətinə zəng edib, məlumat verdim. Məktəbə çatandan az sonra rayon polis şöbəsindən zəng gəldi, dedilər uşaqla bura gəlin. Əmisi uşaqla polisə getdi, orada oğlumun vəziyyəti pisləşdiyindən xəstəxanaya göndəriblər...".

Şikayətçi yazır ki, oğlu iyunun 5-dən 12-nə qədər Sabirabad rayon mərkəzi xəstəxanasında yatıb: "Lakin oğlumun ağırları çox olmasına baxmayaraq, 12-dən sonra onu xəstəxanadan çıxarmaq istədilər. Biz də TƏBİB-ə şikayət elədik. Şikayətdən sonra bizi Respublika Kliniiki Xəstəxanaya yönləndirdilər. Ancaq burada gah xəstəxananın köçürülməsi, gah da "uşaq evdə də müalicə olluna bilər" bəhanəsi ilə bizi qəbul etməkdən imtina etdilər. Məcbur qalıb, TƏBİB-ə təzədən şikayət ünvanladıq. Bundan sonra bizi bu dəfə  Qarayev adına 2 saylı xəstəxanaya yönləndirdilər. Həmin xəstəxananın baş həkimi Azər Xudiyev rengendən sonra uşaqdakı burun sınığını təsdiqlədi. bunun sənədini də təqdim edə bilərik. Lakin xəstəni xəstəxanaya qəbul eləməkdən imtina elədi. Açıq dedi ki, aparın Sabirabadda müalicə etdirin. O, eyni zamanda, bizə verdyi sənədə uşaqdakı xəsarət izləri ilə bağlı Nəsimi rayon Polis İdarəsini məlumatlandırdıqlarını yazıb. Lakin indiyə qədər nə Sabirabad, nə də Nəsimi rayon Polis İdarəsi hadisə ilə maraqlanmayıblar. Daha dəqiqi, hadisənin ilk günü istisna olmaqla, qalan günləri Sabirabad polisi özünü elə apardı ki, guya belə bir hadisə, ümumiyyətlə, baş verməyib. Oğlumu ölümcül hala salan uşaqlar isə kənddə qürrələnərək "gördünüz, nə günüə qoyduq onu. Üz-gözündəki xəsarətlər bizim əsərimizdir" deyir. Valideynləri isə bir dəfə də olsun, bizdənü zrxahlıq etməyib, özlərini elə aparırlar ki, sanki kəndin də, rayonun da polisi də, prokuroru da elə bunlardır... 

Cənab nazir, biz hamı kimi sizin qətiyyətinizə, əsl polis, əsl general, əsl nazir kimi peşəkarlığınıza, həmçinin, qanunun aliliyinin təmini üçün yorulmadan çalışdığınıza bələdik. Ona görə, Sizə üz tutur, Sizdən kömək istəyirik. 

Cənab nazir, hörmətli general Vilayət Eyvazov, güclünün gücsüzü belə qəddarcasına əzib, daha sonra qürrrələnərək pis president yaratmalarına imkan verməyəcəyinizi bildiyimiz üçün Sizə üz tutur, kömək istəyirik.

Çox hörmətli nazir, oğlumun başqa xəsarətləri bir yana qalısn, həkimlər deyir ki, sınıq burnu mütləq əməliyyat olunmalıdır. Mən bilmirəm, onun əməliyyatı, yoxsa qanunun aliliyinin təmini üçün çalışım. Axı niyə Sabirabad polisi bu hadsəyə göz yummalıdır?! Oğlumu ölümcül hala salanlar polisin bu hərəkətsizliyindən niyə cəsarətlənib bizi təhdid etməlidir?! Elə bunu nəzərə alaraq, Sizə üz tutur və dönə-dönə xahiş edirəm: oğlumun qanının yerdə qalmasına imkan verməyin! Oğlumu bu günə salanların qanunun yol verdiyi ən ağır formadan cəzalandırılması üçün yerli polis idarəsinə göstəriş verin!

Səsimizin Sizə tez çatması üçün mətbuata üz tutmalı oldum, əminəm ki, Siz imkansız, kasıb bir atanın fəryadına haray verəcəksiniz...".

Məsləə ilə bağlı DİN-ə sorğu verilib, cavab yazıya əlavə olunacaq.

Samir Musayev

MİA.AZ