Nazirlər Kabineti tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydasını təsdiqləyib.
Mia.az-ın məlumatna görə, yeni qaydaya əsasən, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması Qaydası”nda həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yaradılmış informasiya sistemi, habelə birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.
Yeni Qaydanın təsdiqiylə əlaqədar “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli Qərarı ləğv edilib.
Bu Qərar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 may tarixli 52 nömrəli Fərmanında nəzərdə tutulmuş tariflərlə eyni gündə qüvvəyə minir.