Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın Ədliyyə Nazirlyində rəis müavini vəzifəsində çalışan oğlu Mehdi Abdullayev sərəncama götürülüb.

Mia.az Qaynarinfo-ya istinadla bildirir ki, "Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Prezidentin 4 iyun 2024-cü il tarixli Fərmanı ilə nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.

Müvafiq dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilib. Xidmətin rəis müavini vəzifəsini tutan Mehdi Abdullayev tutduğu vəzifədən azad olunaraq, sərəncama götürülüb.

Qeyd edək ki, M.Abdullayev 2022-ci ilin iyul ayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsindən azad olunaraq, sabiq ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə sözügedən vəzifəyə təyin edilmişdi.