Türkiyənin Bodrum rayonunda məşhur iş adamları arasında dava düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, orada otel, restoran vı yaşayış binalarının sahibin olan tanınmış iş adamı Vedat Aşçı və mühafizəçiləri Sabancı ailəsinin 72 yaşlı üzvü Kaya Sabancını döyərək restoranın qarşısına atıblar.
Məlumata görə, aldığı zərbələr nəticəsində xəstəxanaya çatdırılan Kaya Sabancı orada həkimlərin nəzarəti altında qalır: "Hadisə Bodrumun ən məşhur məkanlarından birində - "Göltürkbük"üdə yerləşən otelin yeni restoranın açılışında baş verib. Kaya Sabancı sözügedən restorana qonaq qismində dəvət olunub. Lakin restorana daxil olub otelin və tədbirin sahibi Vedat Aşçı ilə salamlaşmaq istəyərkən qəfil hücuma məruz qalıb. Aşçı və mühafizəçiləri Sabancıya zərbələr endirərək onu yerə yıxıb təpikləyiblər".
Xəstəxanaya gələn Kaya Sabancının vəkili Ömər Reşat Kaylan jurnalistlərə bildirib ki, hadisə bu gün yerli vaxtla saat 9.00 radələrində olub: "Kaya bəy dəvət olunduğu restoranın açılışında gözlənilməz hücuma məruz qalıb. Halbuki, onu pözləri dəvət edibər. 72 yaşlı insana bunu necə etmək olar?".
Vəkil deyib ki, tərəflər arasında əvvəldən narazılıqlar olub: "Kaya bəy Vedat Aşçının tikdirdiyi yaşayış binasında mənzil sahibidir, zaman-zaman burada bəzi məsələlərlə bağlı ilə narazılıqları dilə gətirib. Bu səbəbdən münasibətləri soyuuq olsa da, o, dəvətə yollanıb. Baxın, onlar Kaya bəyə döyüblər, lakin təcili yardım maşının hadisə eyrnə girməsinə də, qapının ağzındna onu götürmələrinə də mane olublar. Bütün bunlarla bağlı əlimizdə dəlillər var.."
Vəkil qeyd edib ki, hazırda Kaya xəstəxanada müşahidə altındadır: "O, bu gün xəstəxanada qalacaq, sabah səhər vəziyyəti yoxlanılacaq və ona uyğun qərar veriləcək".
Zülfiyyə
MİA.AZ