AVRO-2024-də çıxış edən Serbiya Xorvatiya - Albaniya matçında "Serbləri öldürün" şüarlarına həddən ziyadə sərt yanaşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, B qrupunda oynanan və 2-2 hesabı ilə bitən sözügedən matçda azarkeşlərin “Serbləri öldürün” şüarları böyük qalmaqala yol açıb.
Serbiya Futbol Federasiyasının baş katibi Yovan Surbatoviç stadionda səslənən çağırışla bağlı UEFA-nın səssiz qalmasının qəbuledilməz sayıb: "O oyunda yaşananlar utancdır, qəbulolunmazdır və ən sərt tədbirləri görməyə çağırışdır. Əgər UEFA-dan səs çıxmazsa, o zaman biz yarışdan çəkilmək məsələsini müzakirəyə çıxaracağıq. UEFA-dan hər iki ölkənin federasiyalarını cəzalandırmalıdır. Bu, bizim dəyişməz tələbimizdir..."
Fərid
MİA.AZ