"Azərbaycan Dəmir Yolları" QSC Horadiz-Ağbənd dəmir dəmir yolunun tikintisi üzrə işlərin 56 %-ni tamamlayıb.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən istinadən xəbər verir.
"Dəmir yolunda tikinti işləri sürətlə davam etdirilir. Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir", - deyə məlumatda qeyd olunub.