Türkiyə jandarması Ağrı və Batmanın çöl bölgələrində “Bozdoğan-43” kod adlı əməliyyatlar keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla qırmızı və narıncı kateqoriyada axtarışda olan separatçı terror təşkilatı PKK üzvləri olan 5 terrorçu öldürülüb.
Bu barədə açıqlama verən Daxili İşlər naziri Ali Yerlikaya bildiirb ki, Ağrı və Batman Jandarma Komandanlıqları tərəfindən aparılan kəşfiyyat araşdırmaları nəticəsində Doğubayazıt və Palamut kəndi çöllərində terrrorçuların yerləri müəyyən olunub: "Hərbi Hava Qüvvələri Komandanlığının təyyarələri, ATAK hücum helikopterləri və J-SİHA-nın dəstəyi ilə jandarma qüvvələrimiz terrorçular atışmaya girib və onlarınhamısı yerlərində zərərsizləşdirilib. Onlar axtarılan Şehmus Malazgirt kod adlı Yılmaz Öner, Şervan Botan kod adlı Şakir Erdemci, Eylem kod adlı Hazret Kaçar, Nurhak kod adlı Nurettin Tekin və Axn kod adlı Zeynep Özkandır...".
Nazir bildirib ki, terrorçulara göz açdırmayacqlar.
Lamiyə
MİA.AZ