Türkiyə yğıması AVRO-24-dəki ilk oyununda Gürcüstana 3:1 hesabı ilə qalib gəlsə də, oynanalan oyun təqdir olunmayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkə yığmasının yanlış oyun sistemi ilə çıxış etdiyni iddia edənlərdən biri də Sergen Yalçın olub.

Keçmiş futbolçu və məşqçi Sergen Yalçın AVRO-2024-də Türkiyənin Gürcüstanı 3:1 hesabı ilə məğlub etdiyi matçı şansla qazanılan oyun sayıb.

Baş məşqçi Vincenzo Montellanın sistemi ilə yanaşı, əvəzetmələrini də tənqid eləyən Yalçın deyib: "Montella bu oyunda düzgün qərarlar verdimi? Xeyr. 75-ci dəqiqədə 5 nəfərlik müdafiəyə qayıda bilməzsiniz, əfəndim. Buna necə qərar verərsən? Axı, bu, rəqibə də "bax, geridə olacağıq" stimulu verir, onları daha rahat hücuma ürəkləndirir. Sənin komandana isə "geridə qalın, hesabı qorumağa çalışın" deyə psixoloji basqı yaradır. Yaxşı, əgər bu matç 2-2 bitsəydi, nə olacaqdı, nədən danışacaqdıq? Bəli, bu oyun bizim üçün şansa qazanıldı. Özümüzü aldatmayaq, bu oyunda üstün oyun anlayışı olmayıb, yox idi...".

Gözəl qolu ilə bütün dünyada gündəm olan Arda Güləri də tənqid edən Sergen Yalçın deyib ki, qol, əlbəttə, möhtəşəm olub, ancaq 18 yaşlı ulduzun oyunu mükəmməl deyil: "Ardanın oyuna daha çox ağırlıq verməsi lazımdır. Matçlarda yalnız 1 qol vurmaq hər şey deyil. Tamam o, əla qol vurdu və qalib gəlməyimizə kömək etdi. Bundan baqşa nəylə yadda qaldı? Hansı oyunu ilə?! Təəssüf ki, qol istisna olmaqla, qalan oyunu sıradan hər oyunçunun oynaya biləcəyi oyundur...”

Fərid Aslan

MİA.AZ