İsrail hökumətində koalisiya tərəfdaşı olan Ultra-Ortadoks Yəhudi Şas Partiyası gözlənilmnəz bəyanat verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, partiya hökumətdən çəkiləcəyini bildirib.
Ultra-Ortadoks Yəhudi Şas Partiyası bəyan edib ki, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin dağılması qaçılmazdıır: "Deyə bilərik ki, bu, artıq an məsələsidir".
İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, dünən axşam Baş nazir Netanyahu ilə Şas lideri Rabbi Aryeh Deri arasında gərgin telefon danışığı olub: "Deri Netanyahunu koalisiyaya nəzarəti itirməkdə və hökuməti Haredi xalqına (pravoslav yəhudilər - Mia.az) zərər verməkdə itiham etməyə başlayıb".
Tahir Şəlvəli
MİA.AZ