Bu gün Avropa çempionatında qrup mərhələsinin II turunda Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlib.
Mia.az xəbər verir ki, Hamburqda keçirilən oyun bərabərə bitib - 2:2.
Oyunda hesabı 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç "status-kvo"nu bərpa edib. 2 dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olaraq xorvatları hesabda önə çıxarıb. Bu futbolçu 90+5-ci dəqiqədə daha bir qol vurub. Xorvatiya komandasının qapısına yol tapan yarımmüdafiəçi komandasının bərabərlik qoluna imza atıb.
Qeyd edək ki, xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.