Bakıda və Abşeron yarımadasında 37, Naxçıvanda 39, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

Bu barədə Mia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 18-i saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.