Lerik rayonunun Orand kəndi ərazisində yabanı halda bitən 4 tondan çox xaş-xaş kolu məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qurupundan Mia.az-a bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 4 tondan artıq olan 16 286 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.