"Fənərbağça" ilə müqaviləsi başa çatan belçikalı hücumçu Batşuayi "Qalatasaray"la danışıqlardan istədiyii nəticəni ala bilmədiyindən yenidən köhnə komandasının təklifinə boyun əyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Batşuayi "Fənərbağça" ilə illik 4 milyon avro civarında maaşa əl sıxışıb.
Türkiyə mətbuatı yazır ki, tərəflər arasında müqavilə tezliklə bağlanacaq.
Xəbərə görə, Batşuayi "Qalatasaray"dan illik 7 milyon avro maaş tələb etdiyi üçün anlaşma mümkün olmayıb.
Fərid
MİA.AZ