Bu gün "Beşiktaş" klubu yeni təyin elədiyi baş məşqçi Covanni van Bronkhorstla imza mərasimi keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tüpraş stadionunda keçirilən mərasimdə klubun prezidenti Həsən Arat və idarə heyətinin üzvləri iştirak ediblər.
Prezident Arat bildirib ki, Covanni van Bronckhorst özünü sübut etmiş bir məşqçidir: "Məqsədlərimizə bir addım daha yaxınlaşmaq üçün vacib bir imza mərasimində bir araya gəldik. Van Bronkhorst böüyk mütəxəssisdir. Klubumuzun gələcəyi üçün o, hamınızın tanıdığı və hörmət etdiyi bir futbol adamıdır".
Həsən Arat qeyd edib ki, hazırda güclü komanda planlaması üzərində işləyirlər.
"Beşiktaş"la 2+1 illik müqavilə imzalayan Van Bronkhorst isə bildirib ki, qürur duyalacaaq bir komanda yaradacaq: ""Beşiktaş"ın nə qədər böyük bir klub olduğunu bilirəm. "Beşiktaş"ın uğuru üçün əlimdən gələni edəcəyəm. Burada çox yaxşı qarşılandım. Yalnız zəfərlər üçün mübarizə aparacağıq. Bildiyim tək bir şey var: çempionluqlar və kuboklar qazanmaq!".
Fərid Aslan
MİA.AZ