AVRO-2024-ün başlamasına bir neçə saat qalmış Fransa yığmasında gərginlik yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yığmanın 4 ulduzu məşqlərə qatılmaqdan yayınıblar.

Məlumata görə, Kilian Mbappe ilə Kinqsli Koman məşqlərə ümumiyyətlə gəlməyib, İbrahima Konate və Aurelien Çuameni isə məşqi yarımçıq tərk ediblər.

"The Athletic"də çıxan xəbərə görə, onların hər biri bir bəhanə ilə stadiona gəlməyiblər: "Bu isə komandada gərginlik yaradıb. Baş məşqçi vəziyyətlə bağlı federasiyanı məlumatlandırıb..."

Xatırladaq ki, Fransa AVRO-2024-də Hollandiya, Avstriya və Polşa ilə birlikdə D qrupunda yer alıb. 

Fərid

MİA.AZ