"Beşiktaş"ın portuqaliyalı ulduzu Gedson Fernandesin təxminən 20 milyon avroya "Zenit"ə transfer olunacağı haqda xəbər yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rusiya komandasının prezidenti Aleksandr Medvedev portuqaliyalı ulduzu transfer edəcəkləri ilə bağlı deyilənləri təkzib edib.

Medvedev "RİA Novosti"yə transfer xəbərinin əsassız olduğunu  deyib: ""Beşiktaş"dan Gedson Fernandesi alacağımız iddiaları boş fərziyyələrdir. Belə bir niyyətimiz yoxdur.."

Xatırladaq ki, ötən mövsüm "Beşiktaş"ın heyətində 45 matça çıxan Gedson Fernandes bu matçlarda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. 

Fərid

MİA.AZ