Almaniyann ən nüfuzlu klubu "Bavariya" yapon müdafiəçini heyətinə qatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub indiyə qədər  "Ştutqart"da çıxış eədn 25 yaşlı yapon müdafiəçi Hiroki İto ilə müqavilə imzalayıb.

Məlumata görə, tərəflər müqavilədə 30 iyun 2028-ci ilə qədər razılıq əldə ediblər.

Xatırladaq ki, Yaponiya millisinin də üzvü olan müdafiəçi ötən mövsüm "Ştutqart"ın heyətində 26 matçda iştirak edib.

Fərid Aslan

MİA.AZ