İtaliyanın "Yuventus" komandasında baş məşqçisi təyinatı oolub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Məlumata görə, 41 yaşlı Tiaqo Motta "Yuventus"la anlaşıb.

Klub italyan məşqçi ilə 30 iyun 2027-ci ilə qədər müqavilə imzalayıb.

Xatırladaq ki, Motta məşqçilik karyerasına 2018-ci ildə futbolçu karyerasını bitirdiyi PSj-nin gənclər komandasında başlayıb.

O, daha sonra 2019-cu ildə "Genova", sonra "Spezia" və "Bolonya"ya rəhbərlik edib.

Fərid Aslan

MİA.AZ