Türkiyənin İzmir şəhərində FETÖ şübhəlilərinə qarşı növbəti əməliyyat keçirilb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Prokurorluğu məlumat yayıb.
Məlumata görə, aparılan istintaq çərçivəsində təşkilatın şifrəli rabitə proqramı - "ByLock" istifadəçisi olduğu təsbit edilən 8 şübhəli haqqında həbs qərarı çıxarılıb: "Lakin İzmirin mərkəzi, Kemalpaşa və Tire rayonlarında həyata keçirilən əməliyyatda onlardan 6-sı saxlanlıb, qalan iki nəfər isə axtarılır".
Firudin Səfərli
MİA.AZ