İtaliyalı məşqçi Cennaro Qattuzo bundan sonra karyerasını Xorvatiyada davam etdirəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, "Hayduk Split"in baş məşqçisi təyin olunub.
Bu barədə klub belə açıqlama yayıb: "Cennaro Qattusonun gələn mövsüm komandamızın baş məşqçisi olacağını elan etməkdən xoşbəxtik".
Məlumata görə, 46 yaşlı çalışdırıcı ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Onu da qeyd edək ki, Qattuzo bundan əvvəl Fransanın "Olimpik Marsel" komandasının sükanı arxasında olub.
Fərid Aslan
MİA.AZ