Türkiyədə 70 yaşlı kişinin 14 yaşlı oğlanı zorlamasıə ilə başlayan dramatik olay qardaş ölkədə günün mövzusuna çevrilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, iyrənc hadisə İzmir şəhərinin Narlıdere rayonunda baş verib.
Məlumata görə, rayonun 2-ci İnönü məhəlləsində 14 yaşlı M.B (ad və soyadlar açıq verilmir -Mi.az) əvvəlcə 70 yaşlı M.B. tərəfindən cinsi istismara məruz qalıb: "Bu zorlamadan xəbərdar olan 79 yaşlı məhəllə sakini H.A 14 yaşlı uşağı "yoxsa məhəllədə hər kəsəə deyərəm" şantajı ilə zorlayıb, başına oyunlar açıb. Bu iki qocanın 14 yaşlı oğlan uşağının başına açdıqlarını öyrənən 54 yaşlı M.N. və 32 yaşlı A.G də iyrəncliyə ortaq olublar. Onlar da eyni üsulla uşağı şantaj edərək intim əlaqədə olublar....".
Məlumata görə, hadisə 6-7 ay əvəvldən başlayıb: "Nəhayət, 14 yaşlı uşaq vəziyyəti ailəsinə danışıb, onun zorlayan, zorlama anını video çəkənlərin adlarını bir-bir deyib. Bundan sonra ailə polisə üz tutub. Polis əməliyyatı ilə 4 manyakın həır biri qandallanıb. qəzəbi soyumayanuşağın 32 yaşlı anası N.Ç manyaklardan 79 yaşlı H.A. ilə 54 yaşlı M.N.-nin evinə od vurub. Buna görə ana saxlanılsa da, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb..."
Xəbərdə o da deyilir ki, zorlanan uşaq dövlət qorumasına götürülüb: "O, uşaq evlərindən birinə yerləşdirilib..."
Tahir Şəlvəli
MİA.AZ