Lənkəranda rabitəçini elektrik cərəyanının vuraraq öldürməsi ilə bağlı araşdırma aparılır.
Mia.az xəbər verir ki, bu barədə "Aztelekom" MMC məlumat yayıb.
"Təəssüf hissi ilə bildiririk ki, 12.06.2024-cü il tarixində “Aztelekom” MMC-nin Lənkəran rayonunda yerləşən xidməti ərazisində bədbəxt hadisə baş verib. Hadisə nəticəsində subpodratçı şirkətlərdən birinin əməkdaşı Cəmil Zöhrab oğlu Həsənov həyatını itirib. Hadisənin baş vermə səbəbləri ilə bağlı yerli aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır. Subpodratçı şirkətin həyatını itirən əməkdaşının ailəsinə başsağlığı veririk".