“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi  “Ucqar Ərazilərdə Erkən Nikahların Baş verməsinin Qarşısının Alınması Üçün Əlverişli Mühit Yaradılmasına Dəstəyin  Artırılması” təşəbbüsü çərçivəsində faliyyətləri davam etdirir.  

Mia.az xəbər verir ki, uşaq nikahları haqqında məlumatlılığı artırmaq və gender bərabərliyini təşviq etmək məqsədi ilə faliyyətə uyğun olaraq uşaq nikahları ilə bağlı divar rəsmləri İmişli rayonunun Xəlfəli, Kürdmahmudlu, Hacalmuradlı kəndlərində, Saatlı rayonunun Qaralar kəndində, Sabirabad rayonunun Yenikənd və Qruzma kəndlərində həyata keçirilmişdir. 

 Təbliğat zamanı kəndlərdə əhalinin sıx toplandığı yerlərdə erkən nikah əleyhinə divar rəsmləri rəssam tərəfindən sulu boya ilə divarlara çəkilmişdir. Eyni zamanda divarlara posterlər asılmış, kənd sakinləri arasında bukletlər paylanılmış, kənd sakinləri ilə fərdi söhbətlər və fikir mübadilələri aparılmışdır. Erkən nikah əleyhinə mesajları özündə əks etdirən divar rəsmləri yerli sakinlər tərəfindən maraqla qarşılanmışdır.

Keçirilən təbliğatların məqsədi erkən nikah hallarının qarşısını almaq üçün daha effektiv, təsirli təcrübə, mexanizimləri və yanaşmaları tətbiq və təbliğ etməkdir.

Sözügedən təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra edilir.