ABŞ Rusiya Ordusunun Ukraynaya hücumunun ilk aylarında rus hərbçilərinə qorxu saçan məşhur "Azov" hərbi birləşməsinə tətbiq elədiyi sanksiyanı ləğv edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən sözçüsü BBC-yə məlumat veirb.
Bildirilib ki, Ukraynanın Azov briqadasının insan haqlarını pozub-pozmaması ilə bağlı araşdırma aparılıb: "Araşdırmalardan sonra briqadada hər hansı insan hüquqları pozuntusuna yol verildiyi aşkar edilməyib. Bu səbəbdən "Azov"a sailah dəstəyi qadağası ləğv olunub. Bundan sonra onlar ABŞ və müttəfiq ölkələrin modern silahları ilə təmin olunacaqlar".
"Azov" briqadası bu qərarı alqışlayıb: “ABŞ-dan silah və hərbi təlim almaq "Azov"un hərbi potensialını gücləndirəcək, həm də briqadadakı hərbçilərin həyatını qoruyacaq”.
Xatırladaq ki, 2014-cü ildə könüllülər briqadası kimi yaradılan "Azov" sonradan Milli Qvardiyaya verilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2016-cı ildə dərc etdiyi hesabatda Azov briqadası Ukraynanın şərqində talançılıq, o cümlədən rus və digər millətlərin evlərindən qovulmasında günahlandırılıb.
Zülfiyyə
MİA.AZ