"Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo yeni mövsümlə əlaqəli heyəti formalaşdırır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, artıq o, bir məşqini belə izləmədən bir oyunçu haqda qərar verib.

"Habertürk" telekanalının məlumatına görə, Joze Mourinyo ingilis futbolçu Rayan Kenti yeni mövsümdə komandada görmək istəmədiyini rəhbərliyə deyib: "O, bununla yanaşı, digər futbolçular haqda qarşıdakı günlərdə rəyini açıqlayacağını bildirib...".

Xatırladaq ki, 2023-2024-cü il mövsümünün əvvəlində İstanbula gələn Rayan Kent cəmi 18 matça çıxıb. İngilis futbolçu bu matçlarda 1 qol vurub, 1 məhsuldar ötürmə edib. 

Məlumat üçün onu da qeyd eədk ki, pulsuz "Fnərbağça"ya transfer edilən 27 yaşlı Kentin klubla 2027-ci ilə qədər müqaviləsi var.

Fərid Aslan

MİA.AZ