Tanınmış aparıcı Nigar Mahmudova “Türk Hava Yolları”nın cavabına reaksiya göstərib.
Mia.az-ın məlumatına görə, aparıcı Teleqraf.com-a bildirib ki, "Türk Hava Yolları"nın Bakı ofisinin əməkdaşı Afiq Rüstəmovun qeyd etdiklərinin ona aidiyyəti yoxdur: "Bildirmək istəyirəm ki, "Türk Hava Yolları"nın əməkdaşının sizin sayta açıqlamasını oxudum. Onun sadaladıqları məsələlərin heç birinin mənə aidiyyəti yoxdur. Nə ad-soyadımda, nə də mənimlə bağlı başqa məsələdə problem olub. Sadəcə "Türk Hava Yolları" şirkəti təyyarənin sərnişin tutumundan artıq bilet satmışdı. Məsələn, təyyarədə 200 yer varsa, daha çox bilet satılmışdı.
Mənə yoxlama zamanı bildirdilər ki, təyyarə artıq dolub, halbuki əlimdə biletim vardı. Mən həmin təyyarə ilə uça bildim. Yalnız ona görə ki, doqquz sərnişin qrup halında uçmaq istəyirdi. Onları yerləşdirə bilmədiklərinə görə təyyarədəki yerim özümə qaldı..."
Qeyd edək ki, Afiq Rüstəmov saytımıza açıqlamasında bu sözləri deyib: "Şəxsin ad-soyadında problem aşkarlanarsa, yetkin insan uşaq bileti alarsa, cinsini səhv seçərsə və bu kimi səbəblər olarsa, o, ehtiyatda olan sərnişin kimi nəzərdə tutulur. Əslində, belə səbəblər çoxdur".
Xatırladaq ki, aparıcı aşağııdakı linkdə başına gələnləri təfərrüatı ilə açıqlamışdı: