Türkiyə 1-ci Liqa komandalarından olan "Adanaspor" klubunun satışı prosesi baş tutmayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Klubun məlumatında deyilir: "Təəssüf ki, "Adanaspor"un satışı ilə bağlı aparılan danışıqlar müsbət nəticə vermədi. Alıcı şirkət transfer prosesində hər iki tərəfin razılaşdırdığı şərtləri yerinə yetirmədiyi üçün proses ləğv edildi".
Fərid
MİA.AZ