Arda Turanın "Qalatasaray"ın furtbolçusunu baş məşqçisi olduğu “Eyüpspor”un heyətinə cəlb etməyə can atır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 32 yaşlı Serxio Oliveyranı icarəyə götürmək üçün menecerlərlə birgə klub və futbolçu ilə danışıqlara başlayıb.

Türkiyə mediası yazır ki, futrbolçu bu transferə isti yanaşmır: "Ancaq Arda Turan 32 yaşlı yarımmüdafiəçini gələcək planlarına ianndırmaqla onu razı salmağa çalışır"

Xatırladaq ki, Okan Buruk onun heyətdə qalmasına israr etmir. O səbəbdən  klub 2026-cı ilə qədər müqaviləsi olan Oliveyranın gedişinə etiraz etmək niyyətində deyil.

Onu da qeyd edək ki, 32 yaşlı futbolçu ötən mövsüm "Qalatasaray"ın heyətində 24 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ