"Fənərbağça" və "Qalatasaray"ın transfer gündəmində olan Rafa Silva hər iki kluba "yox" deyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu gün Səudiyyə Ərəbistanının "Əl-Şabab" komandası ilə anlaşıb.
Məlumata görə, "Benfika"dan ayrılan və Türkiyənin iki böyük klubu ilə adı hallanan portuqaliyalı futbolçu "Əş-Şabab"la 3 illik müqavilə imzalayıb.
Xatırladaq ki, uzun illər “Benfika”da çıxış edən təcrübəli futbolçu Rafa Silva 326 matçda 94 qol vurub, 79 məhsuldar ötürmənin müəllifi olub.
Zülfiyyə
MİA.AZ