Gənc futbol fanatı Əlini oyun meydançalarında tez-tez görmək olar. Maraqlı uşaqdı. 14 yaşı var və bir ara "Qarabağ" Uşaq Akademiyasında da məşq edib.
Sonra dərslərinə davamiyyətin azaldığını hiss edərək məşqlərə fasilə verib. Amma ürəyi elə stadionlarda qalıb. Əlinin atası polis orqanlarında çalışıb, illər öncə vəfat edib. Elə futbol oyunları zamanı da fanatlara qoşulub oyun meydançasına girməkdən tutmuş, müxtəlif digər "hoqqa"lar edir, atasının keçmiş həmkarları onun yüngülvari "qulagını çəkir".
Əli deyir ki, oyunlara daha çox forma almaq üçün gedir. Amma hər dəfə forma almaq mümkün olmur, o da uzaqbaşı şəkil çəkməyə məcbur olur.
"Qarabağ"ın oyunçuların formalarını, yaxud oyunlarda media üçün verilən akkreditasiya kartlarını toplayaraq kolleksiya düzəldib. Mia.az - ın əməkdaşı da özünün akkreditasiya kartlarını Əliyə hədiyyə verdi.
Əli deyir ki, bir dəfə Nəriman Axundzadənin formasını geyinib kəndə gedibmiş. Qızlar tökülüşüblər bunun üstünə. Həmin forma ilə şəkil çəkdiriblər.
"Nərimanın fanatları yalnız qızlardı", - deyə həmsöhbətimiz qımışıraq əlavə edir.
Qarşıda yarışlar var və Əli gözləyir ki, kolleksiyasını yeni kartlarla zənginləşdirsin.
Mən ona söz verdim ki, hansı oyunda akkreditasiya kartım olsa, yarışdan sonra bağışlayacam.
Sevindi.
Bir uşaq qəlbini sevindirməyə nə var ki,bu dünyada?
Əliylə söhbətimizə aşağıda baxa bilərsiniz:
Zülfiyyə
MİA.AZ