Ötən mövsümün ortalarında Fatih Terimi baş məşqçi təyin edən, lakin mövsüm bitməmiş onunla yolları ayıran Yunanıstanın “Panatinaikos” komandasının yeni baş məşqçisi bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Panatinaikos” klubunun prezidenti Uruqvaylı çalışdırıcı Dieqo Alonso ilə əl sıxışıb.

Daha əvvəl "Sevilya", Uruqvay millisi və "İnter Mayami" kimi komandaları çalışdırmış 49 yaşlı uruqvaylı məşqçi ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 2023 - 2024-cü il mövsümünə serb məşqçi İvan Yovanoviçlə başlayan komanda dekabr ayında Fatih Terimlı anlaşıb. Mövsümü 56 xalla 4-cü pillədə başa vuran Fatih Terim "Panatinaikos"la 26 rəsmi matçda 14 qalibiyyət, 6 heç-heçə və 6 məğlubiyyət qazanıb.

Fərid

MİA.AZ