"Fənərbağça"nın sabiq prezidenti Aziz Yıldırım dünənki seçkidən sonra bəyanat yayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, prezidentlıik yarışında Alı Koça məğlub olan Aziz Yıldırım seçki yarışına qatılmaqla kluba böyü töhfə verdiyini iddia edib:
"Böyük "Fənərbağça" azarkeşlərinə,
Təxminən 3 həftə əvvəl mən və dostlarım hər şeydən çox sevdiyimiz klubumuzu idarə etməyə can atırdıq. Proses boyu minlərlə konqres üzvü ilə danışdıq, onların problemlərini dinlədik. Dünən keçirilən növbədənkənar seçki qurultayında üzvlərimizin səsi ilə cənab Ali Koç və komandasına yenidən etimad göstərildi. Onlara yeni dönəmdə ürəkdən uğurlar arzulayıram. Hər zaman arzuladığımız kimi qalib "Fənərbaxça" olsun".
Aziz Yıldırım daha sonra seçkidə ona dəstək verən hər kəsə təşəkkür edib: "Özüm və dostlarım inanırıq ki, 3 həftə əvvəl namizəd olmaqla, "Fənərbağça"nın üzərində olan ölü torpağı götürdük və klubumuza dəyərli bir təkan verdik. Ümid edirəm ki, bu dəyərdənm sonra “Fənərbaxça” ard-arda çempionluğa qovuşacaq. Biz həmişə bu yolda komandalarımızın tərəfdarı olaraq qalacağıq".
Fərid ASLAN
MİA.AZ