Azad olunan ərazilərdə iyunun 3-9-da 47 tank əleyhinə mina, 88 piyada əleyhinə mina, 615 partlamamış hərbi sursat zərərsizləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən 1362.3 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.