Göygöl rayonunun Xəqani kəndinin yolu bərbad gündədir.

Bu barədə Mia.az-a rayon sakinləri məlumat verib.

Bildirilib ki, Gəncə - Qazax magistral yolundan sağ döndükdə - Göygöl rayonunun Xəqani kəndinə getmək zülmə çevrilib.

Sakinlər Mia.az-a videofakt da göndəriblər: "Baxın, bu yol Xəqani kəndinə, eyni zamanda, Samux rayonu istiqamətinə gedən bərbad yoldur. Belə yol olarmı? Rayon rəhbərliyi, müvafiq orqanlar  bu illər ərzində bir dəfə olsun bu yolla maraqlanmayıblar...".

Məsələyə qarşı tərəflərin də münasibətini əlavə etməyə hazırıq.

Samir Musayev

MİA.AZ