Bu gün üçüncü dəfə “Fənərbaxça”nın prezidenti seçilən Ali Koç semkidən sonra açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, o, seçkidəki rəqibi Aziz Yıldırıma və komandasına öz adından və idarə heyəti adından təşəkkür edib.

"Gözəl, demokratik, bəzən həyəcanlı, bəzən də gərgin bir konqresi tamamladıq. Bu gün təxminən 28 min konqres üzvü səs verdi. Bu, "Fənərbaxça" demokratiyası üçün yeni rekorddur. "Fənərbaxça" böyüklüyünü göstərdi. "Fənərbaxça"nın gələcəyinə siz qərar verdiniz. Nəticələr hamımız üçün xeyirli olsun. Özüm və idarə heyəti adından yarışdığım Aziz Yıldırıma və komandasına təşəkkür edirəm. İndi bir dövrə qədəm qoyuruq. Hansı ki, rəqiblərimiz "Fənərbaxça" adını eşidəndə qorxuya düşəcəklər. "Fənərbaxça"nın böyüklüyünü bütün dünyaya nümayiş etdirməyin vaxtıdır. Sabahdan başlayaraq bu yeni dövrün bir parçası olaq".

Fərid ASLAN

MİA.AZ