İyun ayında müqaviləsi başa çatan "Fənərbağça"nın hücumçusu Mişi Batşuayiyə sürpriz təkliflər gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça"nın əzəli rəqibləri "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor" Batşuayini heyətinə qatmaq istəyir.

Türkiyə mətbuatı yazır ki, futbolçu bu üç klubdan gələn təkliflərə cavab verməyib: "Böyük ehtimalla o, "Fənərbağça"dakı prezident seçkilərindən sonra Ali Koçun istəyinə uyğun klubla danışıqlara başlayacaq...".

Xatırladaq ki, Ali Koç az əvvəl onun haqda belə belə demişdi: "Batşuayidən çox razıyıq, müqaviləsi bitdi. O, çox sevilir, çox müsbət xarakterdir. Məşqçi Batşuayiyə isti baxır. Danışıqlarımız olacaq".
 
Fərid

MİA.AZ