Almaniya Milli Futbol Komandasının türk əsilli kapitanı İlkay Gündoğan "Spiegel" jurnalına diqqətçəkən müsahibə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "yad millət"dən olduğu ümün yığmada kapitan təyin olunması haqda deyiulənləri rədd edib.
"Almaniyanın yeni reallığında mənim kimi insanlara ehtiyac olduğunu bilirəm", - deyən türk əsilli futbolçu gözlənilmnəz ifadə işlədib: "Bəlkə fərqli görünürük, amma biz də almanlarıq. Mən bura gəlmə olduğumdan kapitan təyin edimədim. Bu, komanda yoldaşlarımın və məşqçinin məni necə gördüyü ilə bağlıdır. Əgər komandanız sizi bir futbolçu kimi görsə və qəbul edərsə, bu, mənim mənşəyimlə bağlı deyil, insanlığımla bağlıdır”
İlkay Gündoğan əlavə edib ki, uşaqlıqda yaşadığı bölgədə alman, türk, ərəb və asiyalı dostları ilə futbol oynayıb: "Mənim böyüdüyüm Almaniya belə idi..."
Fərid
MİA.AZ