"Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi İMIŞLI, SAATLI VƏ SABIRABAD RAYONLARINDA  “Ucqar Ərazilərdə Erkən Nikahların Baş verməsinin Qarşısının Alınması Üçün Əlverişli Mühit Yaradılmasına Dəstəyin  Artırılması” təşəbbüsü çərçivəsində Saatlı, Sabirabad və İmishli rayonlarında gənc qızlar üçün həyat bacarıqlarının artırılması mövzusunda təlimlər təşkil edib.

Mia.az xəbər verir ki, təlimin məqsədi gənc qızlara sağlamlıq, o cümlədən psixoloji rifah, maliyyə, hüquqi maarifləndirmə, ünsiyyət, danışıqlar, gələcəkdə iş əldə etmək, qərar qəbul etmə və digər müvafiq mövzular haqqında məlumat verməkdən ibarət olub. 

Sözügedən təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra edilir.