Bu gün "DÇ-2014"ün 1/8 final mərhələsi çərçivəsində ilk öncə meydana Argentina və İsveçrə yığmaları çıxıb. Oyunun əsas vaxtında hesab açılmayıb.

Mia.az xəbər verir ki, oyuna əlavə edilmiş 30 dəqiqənin 2-ci hissəsində isə Argentinanın "Real Madrid"li ulduzu Di Mariya hesabı açıb. O, 118-ci dəqiqədə komandasını növbəti mərhələyə daşıyan qola imza atıb. 

1/8 final mərhələsinin son matçında Belçika və ABŞ komandaları üz-üzə gələcək. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.