Yeni tədris ili üçün artıq 109 minə yaxın məktəbyaşlı uşaq sinfini, məktəbini və müəllimini müəyyən edib.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, bu göstərici ölkə üzrə məktəbyaşlı uşaqların 83 %-i deməkdir: "Rus bölməsi üzrə 11 minə yaxın müraciət var və gələn həftə üçün onların seçimlərinin nəticəsi məlum olacaq".

Qeyd edək ki, məktəblərə qeydiyyat sentyabrın 13-nə kimi davam edəcək./Report