“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi İMİŞLİ rayonunda “Ucqar Ərazilərdə Erkən Nikahların Baş verməsinin Qarşısının Alınması Üçün Əlverişli Mühit Yaradılmasına Dəstəyin Artırılması” təşəbbüsü çərçivəsində İmişli, Saatlı və Sabirabad rayonlarında uşaq nikahının nəticələri mövzusunda icma sakinlərinin və valideynlərinin iştirakı ilə tədbir keçirib.
Mia.az xəbər verir ki, tədbirin məqsədi uşaq nikahları barədə məlumat vermək və erkən nikahın uşaqlara mənfi təsirlərini vurğulamaq, o cümlədən mövcud qanunların/siyasətlərin tətbiq edilməsi və erkən nikahların qarşısının alınması səylərinə üstünlük verilməsi mövzusunda iştirakçı tərəfləri maarifləndirmək olub.
Tədbirdə erkən nikahlar, bunun hüquqi aspektləri və məsuliyyəti; gələcək nəsillərin sağlamlığı və həyatı ilə bağlı yaratdığı risklər və fəsadlar; həmçinin erkən nikahların qarşısının alınmasında yerli icmaların rolu və dövlət orqanları ilə əməkdaşlıq mövzuları müzakirə edilib.
Sözügedən təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra edilir.