Türkiyə millisinin hücumçusuna transfer təklifləri yağır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Lill"lə müqaviləsi başa çatan hücumçu Yusuf Yazıcıya Səudiyyə Ərəbistanın "Əl-Şəbab" komandası rəsmi təklif göndərib.

Məlumata görə, ərəblər ona 12 milyon avro təklif ediblər: "Lakin o, İtaliyanın "Milan" və Latsio"dan transfer siqnallarına görə gözləmə mövqeyinə keçib".

Xəbərdə deyilir ki, "Milan"ın baş məşqçisi postiuuna keçəcəyi iddia olunan "Lill"dən yeni ayrılan Paulo Fonseka Yusuf Yazıcıya "gözlə, səni "Milan"a gətirəcəyəm" sözü verib: "Məhz buna görə, Yusif ərəblərə cavab verməyib. Ərəblər isə onu tələsdirir. Millinin hücumçusu bir həftə ərzində seçimini etməlidir".

Xatırladaq ki, "Lill"in heyətində 135 oyuna çıxan türk qolçu cəmi 29 qol vurub, 15 məhsuldar ötürmə edib.

Fərid Aslan

MİA.AZ