"Beşiktaş"ın yeni baş məşqçisi bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu baş məşqçi Covanni van Bronkhorstla razılığa gəlib.

klubdan verilən açıqlamaya görə, Giovanni van Bronckhorst ilə 2026-2027 mövsümü üçün 1 illik uzatma opsiya ilə 2025-2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Giovanni van Bronckhorst kimdir?

Peşəkar futbolçu karyerasına 1993-cü ildə Hollandiyanın "Rotterdam" klubunda başlayan Van Bronkxorst daha sonra "Feyenoord", "Qlazqo Reyncers", "Arsenal" və "Barselona" kimi dünyaca məşhur klublarda çıxış edib, karyerası boyunca yarımmüdafiə və müdafiədə çıxış edib.

Gio ləqəbi ilə tanınan Van Bronkhorst 2010-cu ildə futbolla vidalaşdığı günə qədər "Feyenoord"da çıxış edib.

Gio məşqçilik karyerasına 2011-ci ildə "Feyenoord"da köməkçi məşqçi kimi başlayıb. 2015-ci ildə həmin klubda məşqçi vəzifəsinə yüksələn Van Bronkxorst məşqçilik karyerası ərzində bir dəfə Hollandiya Liqasının (Eredivisie) çempionluğunu, iki dəfə Hollandiya Kubokunun, iki dəfə Hollandiya Superkubokunun və bir dəfə Şotlandiya Kubokunun qalibi olub. van Bronckhorst 2021-22 mövsümündə "Qlazqo Reyncers"i UEFA Avropa Liqasının finalına çıxarıb.

Fərid

MİA.AZ