Daha bir futbolçu Türkiyə yığmasnın heyətindən çıxarılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ozan Kabak İtaliya ilə yoldaşlıq oyununda zədə almasına görə heyətdən kənarlaşdırılıb.
Türkiyə Futbol Federasiyasından 24 yaşlı futbolçu haqda xəbəri təsdiqləyib: "Dünən axşam oynanan İtaliya-Türkiyə xüsusi matçında aldığı zədədən sonra oyunu xərəkdə tərk edən milli futbolçumuz Ozan Kabakın müayinəsi nəticəsində Ozanın sağ dizinin ön çarpaz bağlarında yırtıq aşkarlanıb. Bu səbəbdən 24 yaşlı müdafiəçimiz AVRO-2024-ün heyətindən kənarlaşdırılıb...".
Fərid
MİA.AZ