"Fənərbağça"nın keçmiş prezidenti və hazırkı prezidentliyə namizədi Aziz Yıldırım hazırkı prezident Ali Koçun televiziyada debat təklifini növbəti dəfə rədd edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Ali Koçla debata çıxmaq niyyətində olmadığını deyib: "Hörmətli Ali Koç məndən müsbət cavab almasa da, illərdir birlikdə televiziyaya çıxmaq istəyini israrla təkrarlayır. Heç bir televiziya proqramına çıxmaq fikrim yoxdur.  Cənab Əli Koçun bu məsələdə təkidli olması mənasızdır, çünki 8-9 iyunda keçiriləcək növbədənkənar qurultayında zatən onunla görüşəcəyik. Biz orda  öz sözümüzü deyəcəyik. Bunun üçün bütün qurultay üzvlərini toplantıya dəvət edir, səslərini istəyirəm".

Fərid

MİA.AZ