"TikTok" bir çox marka və məşhurların səhifələrininn kiberhücuma məruz qaldığını təsdiqləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şirkət istifadəçilərin ələ keçirlən və ya məhv edilən hesablarına yenidən giriş əldə etmək üçün onlarla işlədiyini bildirib.
Xəbərdə deyilir ki, hesabı "vurulan" qurulardan biri də məşhur "CNN"dir.
"Biz hesaba girişi bərpa etmək və onların hesablarını qorumaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün CNN ilə sıx əməkdaşlıq edirik. Biz platformanın bütövlüyünü qorumağa sadiqik və gələcək saxtakarlıq fəaliyyətinə nəzarət etməyə davam edəcəyik", - deyə, TikTok sözçüsü yaranmış vəziyyətlə bağlı şərhində qeyd edib.
Xəbərdə o da deyilir ki, məşhur televiziya ulduzu Paris Hiltonun hesabı da qapadılıb: "Lakin 10 milyondan çox izləyicisi olan səhifə geri qaytarılıb..."
Xatırladaq ki, kiberhücum TikTok-un ABŞ-da qadağan olunma riskinin olduğu bir vaxta təsadüf edir.
Firudin Səfərli
MİA.AZ